Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 10:19:00
“Brend tələbə” hədəfini açıqladı: “Məqsəd peşəkar kadr olmaq və...”  

 

 

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələri davam etdiririk. 

 

 

Budəfəki müsahibimiz Dövlət İdarəçilik Akademiyasının (DİA)  tələbəsi Elmira Əliyevadır.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- Özünüzü oxucularımıza təqdim edərdiniz...

 

 - Mən Əliyeva Elmira, 23 yaşım var. Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb liseyini bitirmişəm. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Davamlı İnkişafın idarə edilməsi ixtisası üzrə 3-cü kursunda təhsil alıram. Akademiyada Tələbə Gənclər Təşkilatının, Tələbələrlə iş üzrə sədr müavini olaraq fəaliyyət göstərirəm.

 

 

- Universitetə qəbul olunduğunuz ilk zamanlar aktiv tələbə olmağa hazır idiniz, yoxsa zamanla uyğunlaşdınız?

 

 - Çünki mən orta məktəbdə də təhsil alarkən, kifayət qədər aktiv şagirdlərdən olmuşam. 5-ci sinifdən 11-ci sinfə qədər sinif nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Həmçinin kiçik yaşlarımdan bəri hər zaman özümü tribunalarda çıxış edərkən, xəyal etmişəm.

 

 

 - İxtisasınıza olan marağınız nə zaman yarandı?

 

 

- İxtisasıma olan maraq 1-ci kursun 2-ci semestrından sonra yarandı.Biz artıq praktik şəkildə yeni layihələr təqdim etməklə öyrənməyə başladıq. Bu da məndə böyük maraq doğurdu və ixtisasımın mühüm əhəmiyyəti olduğunu daha yaxşı dərk etdim.

 

 

 

- Digər tələbələrə nümunə olmaq üçün hansı xüsussiyətlərə malik olmaq lazımdır?

 

 Açıklama yok.

 

- İlk məsləhətim dərslərə məsuliyyətli yanaşmalarıdır. Unutmamalıdırlar ki, onların ali məktəbdə təhsil almalarındakı əsas məqsəd istədikləri ixtisasa yiyələnib, peşəkar kadr olmaqdır. Bununla belə asudə vaxtlarında ictimai fəaliyyətlə aktiv məşğul olmalarını tövsiyə edərdim. Söylədiyim məsləhətlərə öz tələbəlik həyatımda lazımınca riayət edirəm.

 

 

- Həm könüllü fəaliyyətlər, həm də dərs yükü sizi yormur?

 

 

- Xeyr. Ona görə ki, hər ikisi ilə böyük həvəslə məşğul oluram.

 

 

- Özünüzdə sevmədiyiniz  xasiyyətlər var ?

 

 

- Əlbəttə, bir çox insan kimi mənim də sevmədiyim xüsusiyyətlərim var, lakin bunları nə təhsil, nə də bunla bağlı digər fəaliyyət sahələrində əks etdirirəm.

 

 

- Təhsil aldığınız müddətdə sizin üçün ən dəyərli an hansı olub?

 

 

- Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən sədri olduğum Kitab Klubunun təşkilatçılığı ilə həyata keçirilən dahi şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbirdə etdiyim çıxış mənim üçün ən dəyərli və unudulmaz andır.

 

 

 - Məlumdur ki, yeni dərs ilinin başlamasına çox az bir müddət qalıb. Universitetə yeni qəbul olunan tələbələrə nə demək istərdiniz?

 

 

- Robin Şarmanın "Ferrarisini satan Rahib" adlı əsərindən sitat gətirərək "Uğurun sirri, məqsədin sabitliyidir" deyərdim. Məqsədinizi sabit edin və ona gedən yolda əmin addımlarla irəliləyin. Dərslərinizə məsuliyyətli yanaşın, bununla belə tələbəlik həyatınızı maraqlı və səmərəli edən fəaliyyətlərlə məşğul olun. Hər bir tələbəyə yeni tədris ilində uğurlar arzulayıram!

 

 

- Son olaraq, gələcəyinizlə bağlı ən böyük hədəfiniz nədir?

 

 

- İxtisasımı idarəetmə sahəsində layiqincə tətbiq etmək başlıca məqsədimdir.