Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 16:33:46
Məktəbli geyimi: kasıb ailələr hara, kimə müraciət etsin ? - ADLAR

 

 Elm və Təhsil Nazirliyinin qərarı ilə yeni məktəbli formaları satışa çıxarılıb. Formalar Bakı Tikiş Evi tərəfindən hazırlanır və bütün yaş qrupları üçün standart qiymət qoyulub. Ancaq bəzi aztəminatlı ailələr var ki, onların məktəb formaları və ləvazimatlarını almağa imkanı yoxdur. Bəs həmin valideynlərə məktəbli geyimlərini əldə etmək üçün hansısa dəstək verilirmi? Yardıma ehtiyacı olan ailələr hara, kimə müraciət edə bilərlər?

 

 

Suallarımıza cavab tapmaq məqsədilə  "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimovla əlaqə saxladıq. O AzEdu.az-a bildirdi ki, forma yardımı ilə bağlı müraciət edənlər var:

 No description available.

“Müraciət əvvəlcə müdiriyyətə ünvanlanır. Daha sonra isə mənə yönləndirilir. Mən icraçıyam. Formaların kimə, nə qədər verilməsinə rəhbərlik qərar verir.

 

Müəyyən olunmuş sayda məktəbli geyimləri təşkilatlara verilir. Biz dövlət təşkilatı deyilik. Dövlətdən heç bir gəlir əldə etmirik. Ancaq kim müraciət edirsə, imkan daxilində dəstək göstərilir”.

 

 

E.Əzimov vurğulayıb ki, məktəbli formasını almaqda çətinlik çəkən aztəminatlı ailələr aşağıdakı təşkilatlara müraciət edərək, övladları üçün geyim əldə edə bilərlər:

 

 

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi, “İnnovativ Təşəbbüslər” İctimai Birliyi, “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi və s. kimi birliklərə forma yardımları olunur. Onlar isə öz növbəsində ehtiyacı olan ailələrə həmin geyimlərin verilməsini təmin edir.

 

Əlavə olaraq qazilər, I qrup əlillər, şəhid ailələri müraciət edən zaman mənə yönləndirilir və onlara lazımi yardım göstərilir”.