Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 11:25:00
İxtisas seçimi: kim, harada, nəyi səhv edir ? – İZAH  

 Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən elementlərindən biri də ixtisas seçimi məsələsidir. Abituriyentlərin gələcək karyerları üçün ən mühüm addım məhz bu mərhələdir.

 

Lakin ixtisas seçimi zamanı bir çox təhsil mütəxəssisləri qəribə hallarla qarşılaşır. Prosesdən keçmək üçün valideynini göndərən də var, ümumi nəticəsindən xəbərdar olmayan da.

 

Bəs abituriyentlərin ixtisas seçiminə bu qədər laqeyd yanaşması nə ilə nəticələnə bilər?

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti İlqar Orucov ixtisas seçiminə laqeyd yanaşan abituriyentlərinin çoxunun aşağı bal toplayanlar olduğunu vurğulayıb:

 

“İxtisas seçimi abituriyentlər üçün çox önəmli bir məqamdır. Burada onlar ömür boyu həyatlarını, gələcək fəaliyyətlərini təmin edəcək prosesdən keçirlər. Hazırkı müşahidələrim əsasında onu deyə bilərəm ki, abituriyentlər onlar üçün olduqca vacib olan prosesə çox biganə yanaşırlar. Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən namizədlər mütləqdir ki, əvvəlcədən təhsil almaq istədikləri ixtisası seçsinlər.

 

Bu məsləyə ən azı 10-cu sinifdən başlayaraq qərar verilməli, üzərində düşünülməldir. Hamımıza məlumdur ki, ixtisas seçiminə laqeyd yanaşan abituriyentlərin çoxu aşağı bal toplayanlardır. İmtahanlara ciddi şəkildə hazırlaşanlar, yüksək nəticə göstərənlərin çox zaman məqsədləri olur.

 

Ekspert qeyd edib ki, bir çox abituriyent valideyn təyziqi, kənar müdaxilələrə məruz qalaraq seçim edir:

 

“Əlbəttə, həmin tələbələr universiteti oxuduğu müddətdə yaxşı nailiyyət də qazana bilmirlər. Çünki bu ixtisası, sahəni özü seçməyib. Bu barədə heç bir anlayışı yoxdur. Müvəffəqiyyətlərin açarı insanın öz arzusu ilə bağlıdır. Arzu etməli, niyyətini düzgün müəyyənləşdirməlidir. Atalarımızın bununla bağlı çox gözəl məsəli də var, “Niyyətin hara, mənzilin ora”. Yəni az öncə də qeyd etdiyim kimi, abituriyentlər yalnız maraqlarının olduğu, gələcəkdə sevərək məşğul ola biləcəkləri ixtisasa öncədən qərar verməlidirlər”.

 

Müsahibimiz abituriyentlərin sevmədiyi ixtisası seçmələrinin nə ilə nəticələndiyini də qeyd edib:

 

“Çox müşahidə etmişəm ki, ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin bir çoxu sonradan öz fakültələrini dəyişdirirlər. Onlardan soruşanda ki, “Bəs niyə ixtisasını dəyişirsən?”, deyirlər ki, “Bu ixtisası valideynimin istəyi ilə seçmişəm və bu sahə üzrə oxumaq mənə çətin gəlir”. Ona görə də ixtisas seçimindən öncə valideynlər övladları ilə mütləq söhbət aparmalı, ortaq məxrəcə gəlməlidirlər”.