Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 10:55:52
Təklif : “Ali məktəblər üçün ÜMUMİ FOND yaradılsın!”  

 

 “Düşünürəm ki, ali məktəblər üçün ümumi fond yaradılmalıdır. Bu fonddan ali məktəb dərslikləri, dərs vəsaitlərinin çap olunması, alimlərin xarici ölkərə səfərləri, beynəlxalq konfranslarda iştirak məqsədilə istifadə edilsin”.

 

Bu barədə AzEdu.az-a ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bildirib.  O qeyd edib:

 

“Tutaq ki, alim dərslik yazıb, onu istıdiyi kimi, rəngli, cədvəlli, şəkilli, tirajı çox etmək istəyir, ancaq maddi imkanı yetərli deyil. O zaman fonda müraciət etsin, sənədləri təqdim etsin, çox aşağı faizlə (təxminın 1-2%) vəsaiti əldə etsin, kitabı çap etdirsin. Götürdüyü vəsiti də 12 ay və ya 18 aya Fonda qaytarsın. Bununla alimdə böyük problemdən xilas olsun, fonda da faizlə əlavə vəsait daxil olsun. Universitetlərimiz də yüksək səviyyəli ali məktəb dərslikləri ilə təmin olunsun.

 

 

Eləcə də alim beynəlxalq konfransda iştirak etmək istəyir, vəsaiti yoxdur. Bu məqamda fonda müraciət edir, əsaslandırır, vəsaiti yenə də aşağı faizlə götürür, konfransda iştirak edir. Vəsaitidə eyni qayda ilə fonda qaydarır.

 

 

Eləcə də inpakt faktor jurnalında 2 min manata məqalə çıxarmalıdır, yenə fonda müraciət edir, vəsaiti alır, yenə də eyni qayda ilə pulu fonda qaytarır”.