Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 10:30:42
Sertifikasiya! - “Yeni sistem “köhnə”nin problemini həll etmək istəyir”  

 “İndicə təhsilverənlərin sertifikatlaşdırılması prosesi haqqında belə bir məlumata rast gəldim ki, ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində iştirak edən 11 211 nəfər ibtidai sinif müəlliminin 51-60 bal toplayan 3 163 nəfərinin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 nəfərinin vəzifə maaşına isə 10 faiz əlavə edilib”.

 

AzEdu.az xəbər verir ki, bu barədə şair, yazıçı Aqşin Yenisey öz Feysbuk profilində paylaşıb. O qeyd edib ki, cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib:

 

“Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605 nəfəri müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda imtahanda iştirak etməyən 138 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub.

 

Bu il sertifikatlaşdırma qaydalarına edilmiş dəyişikliyə əsasən 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub:

 

"2023-cü ilin əvvəlindən ötən il sertifikatlaşdırma prosesində uğur qazanmamış müəllimlərə Təhsil İnsitutu tərəfindən təlimlər keçirilib, təlimdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb. 743 müəllim isə hər iki cəhddə uğurlu nəticə göstərə bilməyib”.

 

 

A.Yensiey bu prosesdə diqqətini çəkən məsələyə toxunub:

 

“Bizdə, ümumiyyətlə, bir-birinin içində, ya da biri o birinin içində yaşayan iki sistem, iki cəmiyyət var: Biri qurulmaqda olan yeni sistem, yeni cəmiyyətdir, o biri dağılmaq istəməyən köhnə sistem, köhnə cəmiyyətdir.

 

Diqqət edin, bu sertifikasiya prosesində yeni təhsil sistemi öz içindəki köhnə təhsil sisteminin yaratdığı problemi həll etmək istəyir. Üniversitetlərin diplom verib göndərdikləri müəllimlərə nazirlik özü yenidən müəllimlik təlimi keçib tədrisə hazırlayır, bir növ, onları modernizasiya edir. Niyə? Çünki digər sahələr kimi təhsil sahəsində də bir-birinin içində olan köhnələrin və yenilərin öz sistemləri, öz maraqları var. 

 

İki gündür iştirak etdiyim Mədəniyyət nazirliyinin tədbirlərinin mərkəzində də eyni problemdir. Mədəniyyət sahəsində də qurulmaqda olan yeni ilə dağılmaq istəməyən köhnənin döyüşü gedir. Keçmişi qorumaq adı altında gələcəyi məhv etmək kini boy göstərir.   

 

Köhnə xarabalıqlar yeni abadlıqların, köhnə cəhənnəmlər yeni cənnətləri bütün sahələrdə özlərinin düşməni, yadı, qənimi kimi görür.

 

Fəlakət budur ki, cəmiyyətin böyük hissəsi vərdiş verdiyi bu köhnə xarabalıqların, köhnə cəhənnəmlərin dağılmasını istəmir.  

Qabığını dəyişməyən ilanlar isə ölümə məhkumdur!”.