Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 13:30:00
“Diplomlu işsiz”lər artır:  ixtisasların 30 - 40 faizi yenilənsin!

“Çünki həmin ixtisasları bitirdikdən sonra əmək bazarında iş tapmaq çox çətin olur. Hətta deyərəm ki, mümkün olmur”

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yayılan məlumata əsasən, ali təhsil müəssisələrinə ixtisas seçimi 10 avqust tarixindən sonra başlayacaq.

 

Məlumdur ki, ixtisas seçimi ali təhsil ocaqlarına qəbulun ən mühüm mərhələsidir. Abituriyentlər çox zaman ixtisas seçimi edərkən bu barədə məlumatlı şəxslərə, yəni, təhsil ekspertlərinə üz tuturlar.

 

 

Bəs sözügedən proses zamanı təhsil ekspertləri hansı problemlərlə qarşılaşırlar?

 700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Adil Vəliyev qeyd edib ki,ixtisas seçimində ən çox müşahidə etdiyi problemlərdən biri abituriyentlərin əldə etdikləri bala görə ixtisas seçimi etməsidir:

 

“Düşünürəm ki, prosesə bu cür yanaşma düzgün deyil. İmtahan verənlər ilk növbədə qarşılarına məqsəd qoymalıdırlar. Daha sonra çalışmalıdırlar ki, lazım olan balı toplaya bilsinlər. Təəssüf ki, bu, bizim abituriyentlərdə tərsinədir. Həmçinin, ixtisas seçimində iştirak edənlər elə düşünürlər ki, 1 il əvvəlki keçid balına baxıb, rahat şəkildə seçim edə bilərlər. Ancaq bu, belə deyil. Prosesdə iştirak zamanı ən azı 2 il əvvəlki keçid ballarına və plan yerlərinə baxmaq lazımdır. Statistik məlumatar barədə informasiyalı olmaq vacibdir ki, ixtisas seçimi düzgün şəkildə aparılsın”

 

Eskpertin sözlərinə görə, digər bir problem də valideynlərin öz istəklərinə uyğun ixtisas seçiminin edilməsini istəməsidir:

 

“Təbii ki, bu heç də doğru addım deyil. Seçimdə yekun qərarı abituriyentin özü verməlidir.  Yaxşı olar ki, prosesdən öncə abituriyent və valideynləri araşdırma aparsınlar. Hansı universitetdə, hansı ixtisas daha yaxşı tədris olunursa, məzun olduqdan sonra iş prespektivləri hansı sahədə daha çoxdursa bunlar barədə məlumatlı olsunlar və ali təhsillərini bitirdikdən sonra “Diplomlu işsiz” statusunu almasınlar. Təxminən 30-40 faiz ixtisas var ki, bunları bitirdikdən sonra əmək bazarında iş tapmaq çox çətin olur. Hətta deyərəm ki, mümkün olmur. Ona görə də həmin şəxslər ya sahələri üzrə iş tapa bilmirlər, ya da müəyyən fərqli kurslara gedib, başqa sahəyə yiyələnməyə çalışırlar”.