Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 12:08:23
Mərhum jurnalistin qrup yoldaşından kövrək NOTLAR : “Çətin sınaqlardan keçib”  

 

Ötən gün axşam saatlarında Azərbaycan televiziyasının peşəkar aparıcısı, jurnalist Natəvan Babayevanın vəfat etdiyi xəbəri yayıldı. Natəvan xanım aparıcılıq sahəsində öz dəsti xətti ilə dərin izlər buraxmış telejurnalistlərdən idi. Sözsüz ki, onun ölüm xəbəri media cameəsini sarsıtdı. Həmkarlarımız bir göz qırpımında xatirəyə çevrilən N.Babayevanı gözəl sözlər və şirin xatirələrlə yad edirlər.

 

Məlumat üçün bildirək ki, N.Babayeva bir çox telekananalda fəaliyyət göstərib. O, universitet illərindən fəal şəkildə təcrübələrdə iştirak edib.

 

Aucune description de photo disponible.

AzEdu.az olaraq mərhum aparıcımızın qrup yoldaşları ilə əlaqə saxlayıb Natəvan xanımın tələbəlik dönəmindən söhbət etdik.

 

 

Onunla eyni dönəmlərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almış Raminə Eyvazqızı üz verən itkini kədər hissi ilə ifadə edir:

 

 

“Təssüflər olsun ki, həmkarımızı itirmişik. Həkim səhlənkarlığının qurbanı olduğunu eşidəndə çox üzüldüm. Xəstə olduğunu öyrənəndə bu haqda nə yazdım, nə də danışdım. Ümidlə yaşayırdım. Bu xəstəliyi aşan yüzlərlə insandan biri olacağına inanırdım. Vəfat etdiyi xəbəri yayıldıqdan sonra onun haqqında yazan, danışan hər kəs gözəl fikirlər səsləndirir. Məncə, belə insanların itkisi daha ağır olur. Dünya boşalır...”.

 

Həmkarımız Natəvan xanımla bakalavrda olmasa da, magistrda qrup yoldaşı olublar:

 

“Natəvanla magistraturada qrup yoldaşı olmuşduq. Tanışlığımız 1995-ci ildən etibarən başlayır. O ildə mən I kurs, Natəvan isə II kurs idi. Onun qardaşı İsrafillə qrup yoldaşı olmuşam, amma onunla da münasibətlərimiz çox yaxşı idi. Bunun səbəblərindən biri 1990-cı illərdə internetin o qədər də inkişaf etməməsi, informasiyanın əlçatımlı olmaması idi. Hər hansı bir məlumat lazım olduqda özümüzdən yuxarı kurslardan əldə edirdik. Onlar bizə müxtəlif mövzularda kömək edirdilər.

 

Natəvanı hər zaman mehriban, gülərüz görmüşəm. Çox sakit təbiətli bir insan idi. Öz həyatını yaşayan, heç kimə bir pisliyi dəyməyən, ancaq öz işləri ilə məşğul olan qadın idi. Onun karyerasındakı sonrakı irəliləyişlərdə də gördük ki, Natəvan dünyaya jurnalist kimi gəlib. Danışığı, diksiyası, siması, reportajları, xəbər aparıcılığı ilə bu sahəyə tam uyğun idi”.

 

 

Raminə xanımın sözlərinə görə, N. Babayeva ANS-də təcrübədə olduğu müddətdə "Real" TV-nin baş direktoru MirŞahin Ağayevin çətin sınaqlarından keçib:

 

 

“Əvvəllər hansı çap mediasında olduğunu bilmirəm. Amma ANS-ə təcrübəyə getdiyini xatırlayıram. Soruşanda ki, “necə gedir?” deyir ki, “belə də, gedib gəlirəm”. M. Ağayev çətin jurnalist seçdiyi deyilirdi. Ancaq əmin idik ki, o öhdəsindən gələcək. Çünki Natəvan çox bacarıqlı, işini bilən bir jurnalist idi. Sonrakı işlərində də onun şahidi olduq. Allah rəhmət etsin. Yeri behişt olsun. Hər zaman gözəl xatırlayacağıq ”.

 

Peut être une image de 9 personnes et texte 

 

Qeyd edək ki, Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub.

 

AzEdu.az xəbər verir ki, o, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.