Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 17:15:17
DİM-də VACİB GÖRÜŞ

17 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsinin ekspertləri ilə görüş keçirilib.

 

 

DİM-dən  AzEdu.az -a verilən məlumata görə, görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, layihənin ekspertləri Rainer Gerke, Boris Curkovic, Srdjan Verbic və Maja Jukic, həmçinin Dövlət İmtahan Mərkəzinin və Təhsil İnstitutunun müvafiq struktur bölmələrinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

 

 

Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra DİM-in fəaliyyəti ilə bağlı qonaqları ətraflı məlumatlandırmaq üçün mərkəzin müxtəlif struktur bölmələrinin əməkdaşları tərəfindən təqdimatlar edilib. Görüşün davamında isə layihə çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivləri üzrə müzakirələr aparılıb.

 

 

Qeyd edək ki, layihənin icrasına 24 fevral 2023-cü ildən başlanılıb və DİM‑in əməkdaşları da layihə çərçivəsində fəaliyyət göstərən “Data analitikası və təhsil tədqiqatları”, “Şagird qiymətləndirilməsi”, “Müəllimlərin idarəolunması” və “Karyera bələdçiliyi” işçi qruplarında iştirak edirlər.