Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 14:03:43
Ekspert naziri müdafiəyə qalxdı: “İllərin problemlərini həll etmək üçün...”  

“...nazir dəqiq texnologiyalar hazırlayıb, onlarla çıxış edir”

 

“İnsanların islahatlara münasibəti fərqli olur”

 

Son günlər Elm və Təhsil Nazirliyi, eləcə də nazir Emin Əmrullayevin fəaliyyətinə dair neqativ ruhlu məqalələr tirajlanır, tənqidi fikirlər səslənir.

 

Bəziləri bu qurumun həyata keçirdiyi islahatların effekt vermədiyini, təhsilin keyfiyyətinin daha da zəiflədiyini iddia edir.

 

Bəs bu yanaşmalarda həqiqət payı nə qədərdir?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti, naşir Rafiq İsmayılov nazir Emin Əmrullayevlə bağlı deyilən mənfi fikirlərə qarşı çıxdığını bildirib:

 

 

“Elm və təhsil naziri Emin Əmrullayevi pisləyənlər, iş fəaliyyəti ilə bağlı iradlar bildirənlər, bilmirəm nəyi əsas gətirib belə danışırlar.

 

Nazirliyin reallaşdırdığı prosesləri son 20-25 ilin ən mütərəqqi addımları hesab edirəm. Yəni, illər boyu yığılıb qalmış problemləri həll etmək üçün nazir dəqiq texnologiyalar hazırlayıb, onlarla çıxış edir.

 

Müəyyən səhvlər və yaxud çatışmazlıqlar ola bilər. Amma görürəm ki, həmin mənfi cəhətlər sözügedən  texnologiyaların tətbiqi və icraçıların səviyyəsi ilə bağlıdır.

 

Emin Əmrullayevi şəxsən tanıyan biri kimi deyirəm ki, onun fəaliyyətində ciddi bir qüsur yoxdur. Təhsildə istənilən addım həmişə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

 

İnsanların islahatlara münasibəti fərqli olur. Amma gələcəyi düşənən, təhsilin səviyyəsinin müsbət yöndə irəliləməsinə nail olmaq istəyən bir nazir kimi, mən onun fəaliyyətini yüksək qiymətləndirərəm”.