Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 11:40:32
 İxtisas seçəcək abituriyentlərə "qızıl" tövsiyə - Bal yox, hədəf önəmlidir!  

Adil Vəliyev: “Çoxunun hədəfi olmur və neçə bal toplasalar, ona uyğun ixtisas seçimi edirlər”

 

“Onlara deyirəm ki, hədəflərini daima yüksək tutsunlar və konkret bir fikirləri olsun”

 

 

Bu ayın sonuna qədər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanları yekunlaşacaq.

 

Qəbul imtahanlarından sonra abituriyentlər üçün ən vacib mərhələlərdən biri olan, ixtisas seçimi başlayacaq. Tələbə adını qazanmaq istəyən hər bir abituriyent ixtisas seçimi edərkən yığdıqları bala və yiyələnmək istədikləri ixtisasa önəm verməlidirlər.

 

Lakin bir çox hallarda görürük ki, abituriyentlər ixtisas seçimi edərkən müəyyən səhvlərə yol verir, düzgün istiqamətləndirilmirlər. Hətta bu səbəbdən yüksək nəticə göstərib ali məktəblərə qəbul oluna bilməyən abituriyentlər də olur.

 

Bəs bu kimi xoşagəlməz halların olmaması üçün nələr etmək lazımdır? Abituriyentlər ixtisas seçimindən öncə necə maarifləndirilməlidir?

 

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev vurğulayıb ki, imtahan verənlərin çoxunun məqsədi olmur:

 

“Biz abituriyentlər üçün ixtisas seçimi edərkən tez-tez bu problemlə qarşılaşırıq. Mən də hər zaman abituriyentlərlə təşkil etdiyim seminar zamanı bildirirəm ki, heç vaxt balınıza uyğun ixtisas seçimi etməyi qarşınıza məqsəd olaraq qoymayın. Çoxunun hədəfi olmur və neçə bal toplasalar, ona uyğun ixtisas seçimi edirlər. Onlara deyirəm ki, hədəflərini daima yüksək tutsunlar və konkret bir fikirləri olsun. Uğur qazanmaq üçün bu iki nüans çox vacibdir.

 

A.Vəliyev xüsusi olaraq qeyd edib ki, ixtisas seçimi ilə bağlı bütün şirkətlərə güvənməmək lazımdır:

 

“Abituriyent ilk növbədə bilməlidir ki, o hansı ixtisası istəyir. O ixtisasın balını təqribi bildiyi üçün hazırlıq səviyyəsini də ona uyğunlaşdıracaq. İxtisas seçimi başlayanda çox adam bu proseslə məşğul olduğunu bildirir. Hətta bundan istifadə edirlər. Bir neçə xarici şirkətlər var ki, həmin vaxt necəsə üzə çıxırlar. Bu zaman diqqətli olmaq lazımdır. Abituriyent və valideynləri səhv yönləndirə bilirlər.

 

Universitetdə işlədiyim üçün görürəm ki, tələbələrin bir çoxu 3-4 cü kursda fərqli bir ixtisasa transfer olmaq istəyirlər. Öz ixtisasını bitirib hansısa kursa gedib, fərqli istiqamət üzrə hazırlaşanlar da var. Bu da o deməkdir ki, həmin tələbələrin minimum 4 ili hədər getmiş olur. Bunu madiyyat kimi hesablasaq, 4 il müddətində ödədikləri təhsil haqları da boşuna gedir”.

 

Ekspert tələbə adı qazanmaq istəyənlər üçün ixtisas seçimi ilə bağlı bir neçə mühüm tövsiyə verib:

 

“Məsləhət görərdim ki, abituriyentlər ixtisas seçimi etməzdən öncə maariflənsinlər. Təhsil üzrə mütəxəssislərlə məsləhətləşsinlər. Və yaxud özləri ixtisas və universitetlər haqqında araşdırsınlar. Təhsil mütəxəssisləri ilə öz maraqlarını bölüşüb, danışa bilərlər ki, onlara doğru istiqamət verilsin. Yoxsa, ixtisas seçiminə valideyndə, abituriyent də gəlir. Abituriyent 500-dən çox bal toplayıb deyir ki, hara qəbul ola bilərəmsə, oranı yazın. Heç bir hədəfi, maraq dairəsində olan ixtisas yoxdur. Bu heç də düzgün deyil. Abituriyentlər mütləqdir ki, öncədən, fəaliyyət göstərmək istədikləri sahəni müəyyənləşdirməlidirlər” .