Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 10:06:48
Xankəndidə ermənilərə Azərbaycan dili TƏDRİS OLUNACAQ  

“Xankəndi şəhərində 11 orta təhsil ocağı fəaliyyyət göstərib”

 

“Onlardan yalnız 4 nömrəli orta məktəb və Kərkicahan qəsəbəsində 6 nömrəli səkkizillik məktəb Azərbaycan məktəbləri olub. Qalan 9 məktəb rus və əsasən erməni məktəbləri olub”

 

 

“Xankəndi işğaldan azad olunduqdan sonra oradakı bütün məktəblərdə tədris prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr, göstəriş, təlimat və proqramları ilə tənzimlənməlidir və bu, belə də olacaq” 

 

 44 günlük Vətən savaşının müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çatması bir çox sahədə olduğu kimi təhsil sahəsində də yeni cığırların açılmasına təkan verdi. İşğaldan azad olunan ərzilərimizdə çağdaş standartlara cavab verən məktəblərin inşasına başlanıldı və proses effektiv şəkildə davam etdirilir. Bununla yanaşı, qeyd etməliyik ki, Azərbaycanla-Ermənistan arasında sərhədlərin demarkasiya və delimiyasiya işi aparılmayıb və yekun sülhə nail olunmayıb.

 

 

 Amma dünya təcrübəsinə baxsaq, şahidi olarıq ki, bütün müharibələr sülhlə yekunlaşıb. Ekspertlər bu faktordan yola çıxaraq, hesab edirlər ki, yekun sülhdən, yəni  Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra Azərbayan dilində təhsil alacaqlar. 

 

 Xankəndiyə gedib dərs demək istəyirəm" - Sabiq deputat

 

Mövzu ilə bağlı AzEdu.az-a Xankəndi doğumlu, sabiq millət vəkili Flora Qasımova bildirib ki,

Xankəndidə oxuduğu məktəbdə tədris prosesi yüksək səviyyədə olub:

 

 “Rayonun maarif şöbəsi təhsil ocaqlarındakı tədrislə maraqlanır və  olduqca güclü nəzarət həyata keçirirdilər. Onu da qeyd edim ki, son dövrlər məktəblərə azərbaycanlı mütəxəssislər təşrif buyururdu. Məsələn, həmin o qeyd etdiyim ayaqqabı fabrikində işləyənlər, Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan müəllimlər idi. Bakının bir neçə məktəbində işləmişəm. Amma düzünü desəm, Xankəndidə bizə verilən təhsilə hələ də başqa məktəbdə rast gəlməmişəm. Bizim məktəblərdə şagirdlərə və müəllimlərə çox ciddi yanaşılırdı.

 

 F.Qasımova diqqətə çatdırıb ki, qısa bir müddət olsa da, ermənilərə Azərbaycan dili tədris olunub:

 

“Əvvələr Xankəndidə ermənilərə Azərbaycan dili tədris olunurdu. Lakin sonrada bu proses dayandırıldı. Düşünürəm ki, bu, böyük bir səhv idi. Ermənilər üçün mütləq şəkildə Azərbaycan dili tədris olunmalıdır. Bu, onlar üçün dövlət dili sayılır."

 

 

Müsahibimiz qeyd edib ki, Xankəndi işğal olunandan sonra, Kərkicahan orta məktəbi fəaliyyətini Bakıda bərba edib:

 

“Çünki kərkicahanlılar yığcam yaşayırdılar. Və bu məktəb Xocalı İcra Hakimiyyətinə tabe idi. Mən deputat seçiləndən sonra 2013-cü ildə Kərkicahan məktəbini iyirmi neçə ildən sonra bərpa etdirdim. Məktəb Ramana qəsəbəsində hazırda fəaliyyət göstərir. Və deyə bilərəm ki, bu məktəb Ramanada olan bir neçə məktəbdən üstündür. Çünki yerli əhali də bu məktəbə axın edir. Məktəbdə təlim-tədrislə məşğul olan müəllimlər, direktorlar elə Xankəndidən gəliblər. Ona görə də, Xankəndi 4 nömrəli məktəbin ənənəsi burada davam etdirilir. O, Şuşa rayon təhsil şöbəsinin tərkibinə verildi. Bizim məktəbi bitirən bir neçə şəxsiyyət var ki, respublikada tanınıblar və hazırda yüksək vəzifədə çalışırlar.  Xankəndi işğaldan azad olunduqdan sonra, orada olacaq yeni məktəblərdə də tədris proqramı bizimki ilə eyni olacaq. Azərbaycanın bütün bölgələrində tədris necədirsə, elə. Sadəcə olaraq ermənilər və azərbaycanlılar arasındaki münasibət sülh üçün hazırlanmalıdır." 

 

 

 Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi daha bir layihəni  uğurla icra edir

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva diqqətə çatdırıb ki, Xankəndi işğaldan azad olunduqdan sonra buradakı məkəblərdə təhsil alan ermənilərə mütləq şəkildə Azərbaycan dili tədris olunmalıdır:

 

 “Oxudğum məktəbdə son illərdə Azərbaycan dili tədris olunurdu. Xatırlayıram, Qəribə adında bir müəllim var idi. O, Xankəndi 7 nömrəli erməni məktəbində Azərbaycan dilini tədris edirdi. Düşünürəm ki, Xankəndi məktəblərində tədris bərpa olunarsa, mütləq şəkildə ermənilərə Azərbaycan dili keçirilməlidir. Onlar Azərbaycan dilini məcburən öyrənməlidirlər. Əgər Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olacaqlarsa, olmaq istəyirlərsə, çox vacibdir ki, ana dilimizi bilsinlər”.

 

 X. Vəliyeva son olaraq vurğulayıb ki, Xankəndi azad olduqdan sonra, burada mövcud olacaq tədrisə tam hazırıq:

 

“Qarabağda təhsilin ən çox inkişaf etmiş bölgəsi Xankəndi idi. Və qayıdış olarsa, bu, belə də davam edəcək”.

 

 Jurnalist İlham Cəmiloğluna ağır itki üz verib

Xankəndidə dünyaya göz açan jurnalist İlham Cəmiloğlu da diqqətə çatdırıb ki, Xankəndi işğaldan azad olunduqdan sonra 4 nömrəli orta məktəb fəaliyyətini yenidən bu şəhərdə davam etdirəcək:

 

”Sözsüz ki, Azərbaycan vətəndaşları olan ermənilər üçün də məktəblər olacaq. Ümumiyyətlə Xankəndi şəhərində fəaliyyət göstərəcək bütün məktəblərdə tədris prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr, göstəriş, təlimat və proqramları ilə tənzimlənməlidir və bu, belə də olacaq”.