Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 23:24:40
Şagirdlərimiz Yaponiyadan əlidolu qayıdıblar:1 gümüş, 1 bürünc və...

Yaponiyada keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış edərək 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıblar.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib.

 

Qurum sözçüsü qeyd edib ki, 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda milli komandamızın üzvü Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub: 

 

"Sözügedən mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir".