Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 14:55:43
Magistraturaya qəbul olunanların sayı artıb- Sualların strukturu əlçatandır?    

 

 Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı müəyyən statistik göstəricilər təqdim olunub. Əlavə olaraq onların ötən ildə keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatlar da həmin göstəricilər arasında yer alıb. Təqdim olunan statistikaya əsasən ötən illə müqayisədə xeyli artım olduğu aşkardır. Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub. Ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik.

 

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni  Sabah 

 

Təqdim olunan statistikanın daha ətraflı şərh edilməsi üçün təhsil eksperti Kamran Əsədova müraciət etdik.

 

 

AzEdu.az-a açıqlama verən ekspert vurğulayıb ki, bu il artım olmasının səbəbi imtahan suallarının struktur baxımdan əlçatan olmasıdır:

 

“İlk növbədə qeyd edim ki, biz artıq Azərbaycanda magistraturaya qəbul olunanların sayında ciddi dəyişiklik müşahidə edirik. Bu il 24 mindən çox bakalavr magistr pilləsinə qəbul olmaq üçün elektron ərizə veriblər. Bu, yaxşı nəticədir. Əvvəlki illə müqayisədə kəskin artım olduğu məlumdur. 

 

Bu il magistratura pilləsinin plan yerləri də artıb. Balların bu qədər yüksək olmasının səbəbi odur ki, DİM tərəfindən hazırlanan imtahan suallarının strukturu  əlçatandır. İmtahan modeli müəllimlərə və hazırlaşan tələbələrə bəllidir. Onlar demək olar ki, hansı sualların düşəcəyini bilirlər”.

 

 

 

Müsahibimizin sözlərinə görə, bu il bakalavrların hazırlıq səviyyəsi də xeyli yaxşılaşıb:

 

“Pandemiya dövründə mövcud şəraitlə əlaqədar olaraq hazırlıq səviyyəsi nisbətən aşağı düşmüşdü. Ancaq hazırda çox yaxşı imkanlar var. DİM bütün lazımi resursları çap edir”.

 

Ekspert son olaraq onu da qeyd edib ki, tələbələr müəllim hazırlığından istifadə etmədən DİM-in təqdim etdiyi materiallardan yararlanaraq, sınaqlara qoşulub, minimum nəticəni əldə edib müsabiqədən keçə bilərlər.