Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 15:33:53
Dərsliklər monitorinq edilir? - Cavab: “Tənqidlər nəzərə alınır”  

Məktəbdə sağlam və məhsuldar tədrisin həyata keçirilməsi üçün müasir tədris vəsaitlərinin rolu danılmazdır. Əsaslı biliklərin təmin edilməsində digər tədris vəsaitlərilə müqayisədə dərsliklər ən önəmli yerə sahibdir. Bu baxımdan dərsliklərin monitorinqi də olduqca vacib bir prosesdir. Dərsliklərin monitorinqi neçə ildən bir aparılır? Bu il istifadə olunan dərsliklərin monitorinq nəticələr necədir?

 

 

Suallarımızı cavablandıran Azərbaycan Respublikası Təhsil İnstitunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov bildirib ki, mərkəzin əməkdaşları və müəlliflər birinci və ikinci yarımilin sonununda pilot siniflərində monitorinq keçirir:

 

 No description available.

 

“Yeni dərslik komplektləri (Dərslik+iş dəftəri+metodik vəsait) Tədris resursları Mərkəzində hazırlanır. İbtidai siniflər üçün hazırlanan dərsliklər iki il, orta təhsil səviyyəsi üçün hazırlanan dərsliklər bir il pilot sınağından keçirilir.

 

Bu zaman dərslər dinlənilir, şagirdlərlə şifahi və yazılı anket sorğusu aparılır, fənn müəllimləri və məktəbin rəhbərliyi ilə söhbətlər edilir, zərurət yarandıqda valideynlərlə görüşlər təşkil olunur.

 

 

Monitorinqlərin nəticələri müəlliflərlə müzakirə olunur, müəllimlərin qeyd və tövsiyələri tənqidi təhlil olunur. Qəbul olunan tövsiyə və iradlar dərsliklərin təkmilləşdirilməsində nəzərə alınır”.

 

 

R.Abdurazaqovun son olaraq yeni dərsliklərin şagirdlərdə dil, riyazi və elmi savadlılıq səriştələrinin formalaşdırılmasında əhəmiyyətli rol oynadığını da xüsusilə qeyd edib.