Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 11:12:07
Kollec diplomu ilə metodist kimi çalışmaq olarmı? – Nazir “yox” dedi, ekspert isə...  

 

 

Aktiv fəaliyyətini nəzərə alaraq həmin müəllimlərə dəstək verilməsinin tərəfdarıdır

 

 

 

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək bal toplamış müəllimlərlə görüş keçirib. Müzakirə zamanı orta təhsil müəssisəsindən məzun olmuş müəllimlərin metodist kimi fəaliyyət göstərməsinə icazə verilmədiyi qeyd olunub. Müəllimlərin metodist kimi fəaliyyət göstərməsi üçün ali təhsil müəssisəsinin diplomu olmalıdır. Ancaq bəzi müəllimlər vaxt azlığı, uzaq məsafə və ya ailə vəziyyəti kimi səbəblərdən ali təhsil ala bilmirlər.

 

Orta təhsil müəssisəsindən məzun olmuş müəllim həm sertifikasiyadan yüksək bal toplayıb, həm metodist olmaq üçün müsabiqəni uğurla başa vurub, həm də peşəsi üzrə əlavə fəaliyyəti qənaətbəxş olarsa, həmin müəllimlər üçün güzəşt oluna bilərmi?

 

Mövzuyla bağlı alternativ təklifləri öyrənmək üçün təhsil eksperti Nabatəli Qulamoğluya müraciət etdik.

 

 Aucune description disponible.

 

AzEdu.az -a açıqlama verən ekspert, təklif edir ki, sözügedən istiqamətdə distant təhsil forması ərsəyə gətirilsin:

 

“Hesab edirəm ki, doğrudan da müəllimin durumu ali təhsil almağa imkan vermirsə, nazirlik həmin müəllimə dəstək verə bilər. Məsələn, təklif edirəm ki, sözügedən istiqamətdə distant təhsil forması ərsəyə gətirilsin. Təhsil qanununda da sözü keçir, ancaq faktiki olaraq bu təhsil formasından istifadə edilmir. Belə müəllimlərə kömək olmaq üçün qeyd olunan üzrə distant təhsil mexanizmi hazırlaya bilərlər”.

 

 

N.Qulamoğlu aktiv fəaliyyətini nəzərə alaraq həmin müəllimlərə dəstək verilməsinin tərəfdarıdır:

 

 

“Ola bilər ki, müəllim sertifikasiyada yüksək bal toplayır, peşə üzrə şəxsi inkişafı qaydasındadır, uğurlu işlərə imza atır, ancaq müəyyən səbəblərdən təhsil almağa imkanı yoxdur. Düşünürəm ki, belə müəllimlərə dəstək vermək lazımdır”.