Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 13:50:35
DİQQƏT! - İxtisas seçəcək abituriyentlərə “Qızıl” tövsiyələr...

Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyent qəbulu ilə bağlı keçirdiyi imtahanlar artıq sona çatıb. Yaxın günlərdən ixtisas seçiminin tarixləri bəlli olacaq. Hər il ixtisas seçimi zamanı onlarla tələbə düzgün seçib etmədiyi üçün təhsilin sonrakı illərində və karyera qurmaqda çətinliklər yaşayır. Bu mövzu ilə bağlı valideyn, abituriyent və onlara seçim etməkdə yardımçı olan müəllimlərin bilməli olduğu vacib məqamlar var. Bu məqamları öncədən bilmək və onlara əməl etmək lazımdır ki, “Sonrakı peşmanlıq fayda verməz” nidası eşidilməsin.

 

Aucune description disponible.

 

 

Sözügedən məqamlara aydınlıq gətirməsi üçün təhsil eksperti Elşən Qafarova müraciət etdik.

 

 

AzEdu.az-a açıqlama verən ekspert, ixtisas seçiminin önəminə və seçimdən öncə nəzər yetirilməli olan bir sıra vacib detallara diqqət çəkib.

 

 

 

E.Qafarov, valideynlərin ixtisas seçiminə müdaxilən etməsindən narazılıq edib:

 

 


“İxtisas seçimi hər qəbul imtahanından sonra xüsusilə şagirdlər üçün həlledici məqamlardan biridir. Bir çox hallarda valideynlər onların seçdiyi peşə üçün qabiliyyətlərinin olub- olmamasına baxmadan övladlarının peşə seçiminə birbaşa müdaxilə edirlər. Nəticə etibarilə abituriyent arzulamadığı, istəmədiyi ixtisasda oxuyur. İstəyərdim ki, valideynlər övladlarının ixtisas seçiminə qarışmasınlar. Onların ən böyük köməkliyi bu barədə məsləhət vermək olar”.

 

 

 

Ekspert ixtisas seçimi etməzdən əvvəl abituriyentin hansı peşəyə daha uyğun olduğunun yoxlamaq üçün peşə öyrənmə testlərinə müraciət etməyi tövsiyə edir:

 

 

 


“Valideynlər kodlaşdırma ilə bağlı müəyyən mərkəzlərə müraciət etməzdən öncə övladlarının təhsil aldığı məktəbin psixoloqları ilə və ya başqa psixoloji mərkəzlərdə peşə öyrənmə testləri ilə övladının uyğun olduğu ixtisası müəyyən edə bilərlər. İxtisas seçimi edərkən də həmin testlərin nəticəsinə görə seçim etməkləri tövsiyə olunur. Təəssüflər olsun ki, hazırda ixtisasını davam etdirə bilmədiyi üçün yarıda qoyan, başqa bir peşə üzrə təhsil alan tələbələrlə qarşılaşırıq. Bu da əlavə vaxt itkisinə səbəb olur.

 


Kodlaşdırmanın başlamasına hələ ki, zaman var. İstər şəhər ərzisində olsun, istərsə də rayonlarda kifayət qədər psixoloji mərkəz var. İxtisas seçiminin başlamasına qədər psixloji mərkəzlərdə peşə yönümünü müəyyən edən testlərindən istifadə edə bilərlər”.

 

 

 

Müsahibimizin xüsusi olaraq diqqət çəkdiyi başqa bir məqam da seçilən ixtisasın əmək bazarında tutduğu mövqe ilə əlaqədardır:

 

 


“İxtisas seçimində əsas diqqət yetirilməli məqamlardan biri də seçilən peşənin əmək bazarında perspektivli sahə olmasıdır. Hazırda yüzlərlə tələbə ixtisasını əla qiymətlərlə bitirdiyi haldan iş tapmaqda çətinlik çəkir. Bunun əsas səbəbi ixtisas seçimi zamanı əmək bazarı ilə haqqında heç bir araşdırma edilməməsi ilə bağlıdır. Hazırki dövrdə inkişaf sürətlə gedir. Dövrün tələblərinə uyğunlaşmaq qaçılmaz tələbdir. Tələblərə uyğun ixtisasda təhsil almaq zəruridir. Əks təqdirdə minlərlə gəncin 4 illik əziyyəti boşa gedəcək və onların heç biri əmək bazarında yer ala bilməyəcək”.