Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 13:18:04
1-ci sinfə qəbul: Onlar komissiyadan keçəcəklər...

1 may tarixindən ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi başlayacaq.

 

Maraqlıdır, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?

 

Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Rayon Təhsil Sektorlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

  

“Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir”.

 

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.