Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-28 14:39:00
Gənc tədqiqatçı beynəlxalq müsabiqənin qalibi olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Dəmir dövrü arxeologiyası şöbəsinin elmi işçisi Lola Hüseynova “London Arts and Humanities Partnership” və “Caucasus Throug Time Network”un birgə təşkil etdiyi beynəlxalq fototədqiqat müsabiqəsinin qalibi olub.

 

AzEdu.az xəbər verir ki, müsabiqə humanitar sahələr, arxeologiya, qədim tarix, etnoqrafiya, antropologiya, incəsənət, mədəni irs sahələrində çalışan gənclər üçün profillərini gücləndirməklə yanaşı, onlara öz tədqiqatlarını yaradıcı və effektiv şəkildə ictimaiyyətə çatdırılması imkanı yaradılması məqsədilə təşkil olunub.

 

L.Hüseynovanın “Bu, saxsı parçası deyil, bir tarixdir” mövzusunda çıxışı 24 təqdimat arasından ictimaiyyətə təqdim olunan açıq səsvermə yolu ilə birinci yerə layiq görülüb, pulla mükafatlandırıb.

 

Qeyd edək ki, təqdimat “London Arts and Humanities Partnership”in veb səhifəsində çap olunacaq.