Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 13:34:00
Yaponiya təqaüd proqramına müraciətlər qəbul edilir    

Yaponiyanın Tsukuba Universiteti 2023/2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır.

 

Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilmişdir.

 

Təhsil səviyyəsi: magistratura

 

Tədris dili: ingilis dili (TOEFL, TOEIC yaxud IELTS nəticələri)

 

İxtisaslar: İctimai səhiyyə

 

Maliyyələşmə: təhsil haqqı, yol xərcləri, aylıq təqaüd (aylıq 106,350 yen-786 USD).

 

Kvota: 2 yer (hər tədris ili üçün)

 

Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

 

Müraciət üçün son tarix:  15.06.2023-cü il

 

Namizədlərin seçimi Yaponiyanın Tsukuba Universiteti və Nippon Mərkəzi Asiya Fondu tərəfindən həyata keçirilir.