Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 10:50:00
Əcnəbi tələbələrin sayı kəskin azalıb

Rusiyanın təcavüzü nəticəsində Ukraynanın ali təhsil müəssisələri 20 minə yaxın xarici tələbəni itirib.

AzEdu.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət Beynəlxalq Təhsil  Mərkəzinin direktoru Yelena Şapovalova bildirib.

Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibə başlayanda 84 mindən çox əcnəbi tələbə təhsil alırdı.

“Hər il Ukraynaya 15-20 min əcnəbi tələbə gəlirdi", - deyə Yelena Şapovalova  bildirib.

Təhsil üzrə Vahid Dövlət Elektron Məlumat Bazasının məlumatına əsasən, 2023-cü ilin əvvəlinə 51676 əcnəbi tələbə Ukrayna universitetlərində təhsil alıb.

"Bu, genişmiqyaslı müharibədən başlamazdan əvvəlki illərlə müqayisədə demək olar ki, 30 min azdır: 11172 əcnəbi tələbə keçən il məzun olub, qalanları isə təhsillərini davam etdirmək üçün digər ölkələrin universitetlərinə köçürülüblər", - Şapovalova bildirib.