Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-11 10:12:01
Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - 19 yaralı - YENİLƏNİB - FOTO

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 15 şagird, 1 müəllimə və 1 katibə xəsarət alıb

Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagir, 1 müəllimə, 1 katibə və sürücü müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

11:22
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

qaza-1.gif

qaza-2.gif

qaza-3.gif


qaza-4.gif