Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 15:01:00
Yaş həddi çatan müəllimi layiqli şəkildə təqaüdə göndərməliyik-Nadir İsrafilov

“Müəllimi təqaüdə göndərərkən ona qarşı diqqət və qayğını əsirgəməməliyik”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov şəxsi facebook hesabında  yazıb.

 

O, təqaüdə çıxan müəllimlər haqqında fikirlərini bildirib:

 

“Müəllimin nüfuzunu qaldırmaqdan danışırıq, ancaq onu yaş həddi çatar-çatmaz bildiriş göndərərək, təqaüdə getməsini bəyan edirik.

 

Olmazmı ki, dərs ilinin sonunu gözləyək?, kollektivin iştirakı ilə kiçik yığıncaq keçirək, rayon, şəhər təhsil nümayəndələrindən və valideyn ictimaiyyətindən bir neçə nəfəri dəvət edək, adi gül dəstəsi və ya kiçik bir xatirə hədiyəsi alaq, xoş ürək sölərimizi deyək, həyatının ən mənalı illərini balalarımızın təlim-tərbiyəsinə həsr etdiyi ağır zəhmətini, bu yolda korladığı əsəblərini ona unutdurmaqla vidalaşaq?”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları