Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-25 12:45:00
İxtisas seçimində istifadə olunan ən düzgün metod budur-Ekspertdən VACİB xəbərdarlıq

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi yekunlaşmaq üzrədir. Bundan sonrakı mərhələ ixtisas seçimidir. İxtisas seçimində nələrə diqqət etməliyik? İxtisaslar üzrə keçid balları necə formalaşır?

“Hər bir abituriyent topladığı bala müvafiq olaraq əvvəldən hansı ixtisasları seçə biləcəyini müəyyənləşdirməlidir. Həmçinin universiteti bitidikdən sonra həmin sahəyə uyğun iş tapmaq məsələsini də hökmən düşünmək lazımdır. Elə universitetlər var ki, məhz onların məzunlarını daha tez işə qəbul edirlər”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib səsləndirib. O, ixtisas seçimində ən əsas diqqət edilməli məqamları da açıqladı:

 

 “Hər şeydən öncə abituriyent topladığı bala uyğun mütəxəssislərin dəstəyi ilə sıralamanı etməlidir. Yüksək bal toplayan abituriyentlərdə ixtisas seçimi bir o qədər də çətinlik yaratmır. Onlar əksər hallarda potensiallarına uyğun ixtisası seçib qəbul ola bilirlər. Əsasən 300-400 bal toplayan abituriyentlərin ixtisas seçimində işi çətinləşir. Onların əsas məqsədi hansı ixtisas olursa-olsun tələbə adını qazanmaq olur. Risk qrupundan olan abituriyentlər ilk 2 yerdə öz istədikləri ixtisasları, digərlərini isə xüsusi planlanmış şəkildə etməlidir. İxtisas seçimində istifadə olunan ən düzgün metod ötən ilin keçid ballarının nəzərə alınmasıdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları