Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 10:03:00
Müəllimlər hansı hallarda işdən çıxarıla bilər? - Ekspert rəyi

“Müəllim 3 açıq dərs aparmalıdır, lakin müəyyən üzürlü səbəblərdən  bu açıq dərsləri təşkil edə bilmirsə, bu halda müqaviləyə xitam verilərək işdən azad oluna bilər».

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Hüquqsünas Anar Ramazanov bildirib. O, qeyd edib ki, müəllim əmək müqaviləsində müəyyən  olunan əmək qaydalarını pozarsa işdən azad oluna bilər:

“Müəllimlərin işdən azad olunması Əmək məcəlləsinin normalarına uyğun olaraq tənzimlənir. İlk növbədə təhsil ocağının növündən aslı olaraq yəni, orta məktəb , lisey, özəl məktəbə görə dəyişə bilir. Daha sonra müəllimin əmək funksiyası və vəzifə təlimatı əsas götürülür. Deyək ki, əmək müqaviləsində ümümi 6 əsas var. Bundan başqa da müqavilədə razılaşdırılmış konkret hallar və əsaslar ola bilər. Məsələn müəllim 3 açıq dərs aparmalıdır  və müəyyən üzürlü səbəblərdən  bu açıq dərsləri təşkil edə bilmirsı, bu halda müqaviləyə xitam verilə bilər”.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən,

Əmək müqaviləsinə aşağıdakı əsaslar ilə xitam verilə bilər:

1.Tərəflərdən birinin təşəbbüsü (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları);

Əmək müqaviləsinin müddətinin qurtarması;

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

Tərəflərin iradəsindən asılı olmayan hallar;

Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Leyla Qulami