Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 12:11:00
Tərtərdə mərmi düşən məktəbin direktoru: “Bütün sinif otaqlarımız yararsız hala düşüb”

 

 

“Məktəbimiz  tam keyfiyyətsiz vəziyyətə düşüb və tədris üçün bütün şərait məhv olub”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Tərtər rayon Şikar Şikarov adına 5 saylı orta məktəbin direktoru Arzu Babayeva deyib.

 

Onun rəhbərlik etdiyi məktəb erməni təcavüzü nəticəsində yararsız hala düşüb:

 

“Hadisə 4  oktyabr saat 17:00 radələrində  baş verib. Məktəbimizə  əvvəllər də mərmi parçaları düşürdü. Ona görə də valideynlər övladlarını təhsil müəssisəsinə  göndərməkdən ehtiyat  edirdilər. Bu raket isə məktəbimizi bütünlüklə istəfadəsiz hala saldı.

 

Məktəb 1 korpusdan ibarətdir. O, iki tərəfdən raket hücumlarına məruz qalıb. Binanın bir tərəfində olan məftil və erketrik xətləri tamamilə dağılıb, digər tərəfdən isə bütün sinif otaqlarımız yararsız hala düşüb. Dərs keçmək üçün əlverişsiz vəziyyət hökm sürür. Məktəbin bütün şüşə və çərçivələri sınaraq yerə tökülüb.

 

Bina tam keyfiyyətsiz haldadır və tədris üçün heç bir şərait yoxdur. Otaqlar dağılıb, tikinnti sistemi məhv olub. Məktəbdə onlayn dərs keçmək üçün komputer və digər avadanlıqlar sıradan çıxıb. Hər sinif 6-7 kompüterlə təchiz edilmişdi. Hansısa müəllimin dərs keçmək üçün şəraiti olmadıqda o, məktəbə gələrək buradan  yararlanırdı.

Onlar üçün bu cür şərait qurmuşduq. Lakin hər bir şey erməni təcavüzü nəticəsində məhv oldu.

 

Məktəbimizdə tədris dayanıb. Rayonda heç bir təhsil müəssisəsi işləmir. Şagirdlər “Virtual məktəb” vasitəsi ilə dərslərini keçir, televiziya ilə  “Dərs vaxtı” na baxırlar”.

 

Direktor  vurğulayır ki, Tərtərdə  hamının əhvalı yüksək səviyyədədi:

 

“Heç kim düşməndən qorxmur. Hətta lazım olsa, qadınlar da cəbhəyə gedə bilər. Mənim oğlum hazıda döyüşdədi, məni aparsalar, onun yanına gedib vuruşaram. Üç gündür ki, ondan da xəbər ala bilmirəm. Hamı bir nəfər kimi döyüşə getməyə hazırdı. Təki sonda qələbə olsun və ordumuz torpaqları düşmən tapdağından azad etsin”.

 

 

Şanlı zəfərlər əldə edən ordumuza uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları