https://www.zirve.edu.az/
09.08.2020 15:29
“Müəllimlərin müraciət etməli olduqları  birinci mənbə məhz “Kurikulum bələdçisidir”, çünki..." - Kitabın həmmüəllifi  

Ötən ilin dekabrında çap olunan və müəllimlər üçün hava-su qədər faydalı sayılacaq “Kurikulum bələdçisi”  - izahlar və tətbiqlər”  vəsaiti təhsil cameəsində böyük rezonansa səbəb oldu.

 

Yayım və müəlliflik hüququ AzEdu MMC -yə məxsus olan kitabın müəllifləri Azərbaycan təhsil sistemində kifayət qədər nüfuz qazanan və kurikulum metodologiyasının tətbiq və nəzəri yanaşmanın ölkədəki əsas simaları sayılan şəxslərdir.

 

 

Müəllimlər üçün stolüstü vəsait xarakteri daşıyan  “Kurikulum bələdçisi-izahlar və tətbiqlər”  kitabında istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar öz əksini tapıb.

 

 Kitabın həmmüəlliflərindən biri Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova “Kurikulum bələdçisi” ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşdü:

 

 “Kurikulum bələdçisi” müəllimlərin, tələbələrin stolüstü kitabına çevrilməlidir”

 

“2008-ci ildən bu yana ümumtəhsil məktəblərində müxtəlif islahatlar həyata keçirilir. 12 il ərzində müəyyən seminarlar təşkil edildi. Müəllimlər kurslara qatılırdılar və təlim materiallarını əzbərləməklə kifayətlənirdilər. Lakin onlar öyrəndiklərini təcrübəyə çevirməlidirlər.

 

“Kurikulum bələdçisi” müəllifləri  Təhsil  İnstitunun əməkdaşlarıdır. Kitabda müəllimlərin  kurikulum nədir, kurikulum islahatı və s. bu kimi suallarına əhatəli cavablar verilib.

 

Son illərdə bu istiqamətli xeyli kitab çap olunub, lakin müəllim seçim etməlidir ki, hansı daha lazımlıdır. “Kurikulum bələdçisi” müəllimlərin, tələbələrin stolüstü kitabına çevrilməlidir. Ali məktəblərdə “Kurikulumun əsasları” fənni tədris olunur. Lakin onlarda bu cür  material yoxdur. Kurikulumun mahiyyətinin dərk edilməsi məqsədilə tələbələr və tədqiqatçılar üçün bu kitabın yenidən nəşri çox vacibdir. Pərakəndə şəkildə öyrənməkdən qaçmaq lazımdır”.

 

Bibixanım İbadova “Kurikulum bələdçisi”nə bölgə məktəblərində də ehtiyac olduğunu xüsusilə vurğuladı:

 

“Müəllimlər daha aydın görəcəklər ki, onların müraciət etməli olduqları birinci mənbə məhz bu kitabdır”

 

“Hərədən bir söz öyrənməkdənsə, bir kitaba müraciət edib lazımi bilikləri əldə etməyə çalışılmalıdır. “Kurikulum bələdçisi”ndə  bütün qaydalar ətraflı şəkildə və elmi cəhətdən izah olunub. Təkcə müəllimlər deyil, bütün təhsil işçiləri kitabdan faydalanmalıdırlar. Yaxşı olar ki, bölgələrdə dəyirmi masalar təşkil olunsun, “Kurikulum bələdçisi”nin təqdimatı keçirilsin. Bundan sonra müəllimlər daha aydın görəcəklər  ki, onların müraciət etməli olduqları birinci mənbə məhz bu kitabdır və digərlərinə ehtiyac yoxdur”.

 

“Kitab vasitəsilə hər bir pedaqoq öz işini təşkil edə biləcək”

 

“MİQ və sertifikasiya imtahanına hazırlaşmaq üçün də olduqca əlverişli vasitədir. Lakin müəllimlər burada yazılanları təkcə imtahan üçün yox, gündəlik praktikada istifadə üçün öyrənməlidirlər. Bu vaxtadək müəllimlər “Pedaqogika” kitabından istifadə edirdilər, ancaq kitabda kurikulum qaydaları ətraflı işıqlandırılmayıb. Məhz “Kurikulum bələdçisi” vasitəsilə hər bir pedaqoq öz işini təşkil edə biləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları