Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 13:46:00
Tesla şirkətində proqramçı işləmək üçün diploma ehtiyac yoxdur – Elon Musk

AzEdu.az xəbər verir ki, Teslanın CEO-su Elon Musk öz şirkətinə proqramçı götürən zaman namizədlərdə diplomun olub-olmadığına baxmadığını bildirib. Bunun əvəzinə onlara çətin kodlaşdırma testləri verildiyini bildirib.

Diploma ehtiyac yoxdur

Twitter vasitəsilə Tesla üçün süni zəka və avtopilot üzərində işləyə biləcək işçilər axtaran Musk bir istifadəçinin twitterdə paylaşdığı suala cavab verib. İstifadəçi bu vakansiya ilə bağlı doktorantura təhsilinin olub-olmadığının önəmini soruşub. Cavabında Elon Musk belə bir şeyə ehtiyac olmadığını, hətta ali təhsilə belə ehtiyac olmadığını, əsas işlərinə yarayacaq kodlaşdırma bacarığı olduğunu bildirib.

Muskın açıqlamasına görə işə girəcək insanın Python, C++, C kimi dillərdə sərbəst kod yaza bilməsi cavibdir. Bir sözlə Elon Muskın şirkətinə işə düzəlmək üçün diploma ehtiyac yoxdur, ancaq güclü kod biliyi çox vacibdir. (techland.az)