https://www.zirve.edu.az/
02.02.2020 13:29
Məktəblilər üçün maraqlı ekskursiya

Bakının Binəqədi rayonundakı 83 nömrəli tam orta məktəbin şagirdlərinin    F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil edilib.

AzEdu.az xəbər verir ki, uşaqlar kitabxananın  zəngin xəzinəsi olan kitablarla  ətraflı   tanış olub,  burada sərgilənən kitablara,  elektron kitabxanaya baxıb,  geniş məlumat alıblar .  Kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi onlarda maraq oyadıb.

 Sonra nağıl otağında  şagirdlər üçün nağıl saatı da təşkil edilib. Onlar  Azərbaycan nağıllarını maraqla dinləyiblər. Ekskursiya müddətində uşaqlar kitabxananın kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap edilmiş brayl şriftli kitablara, disklərə, pazllara da baxıblar. Sonda  kitabxananın məsul  işçiləri  uşaqları maraqlandıran sualları cavablandırıblar.

 Məktəblilər ekskursiyadan razı qalıblar.

   Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)