Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 13:52:36
Sinif jurnalında qiymətləndirmə nəticələrinin qeydində dəyişiklik - Bu cür olmalıdır  

“Bu ildən etibarən sinif jurnalında qiymətləndirmə nəticələrinin qeyd edilməsində dəyişiklik edilib”

Bu sözləri AzEdu.az-a təlimçi-müəllim Mahir Əhədov deyib. O, sinif jurnalında qiymətləndirmə nəticələrinin qeyd edilməsində dəyişiklərlə bağlı fikirlərini də bildirib:

“KSQ və BSQ-nin qiyməti həmişə yazıldığı kimi jurnalın içində, hər fənn üçün ayrılmış səhifədə qeyd olunmamalıdır.

Yəni KSQ və BSQ-nin qiyməti jurnalın sonunda fənlər üçün ayrılmış müvafiq səhifədə rəqəm və balla qeyd olunmalıdır. Amma  ibtidai sinif jurnalları əvvəlki qayda da qalır ”.

Qeyd edək ki, jurnallar bir dərs ili üçün nəzərdə tutulur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları