Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 17:23:00
Tənəffüslərin sayı artırıldı – Şagirdlər “kef çəkir”

Orta məktəbdə təhsil alan uşaqlara məktəbdə nəyin dəyişməsini istədiklərini soruşsaq, əksəriyyəti tənəffüslərin ya da fiziki tərbiyə dərslərinin sayının artırılmasını istəyəcək.

Kanadanın Alberta şəhərində bir məktəb direktoru uşaqların bu istəyi yerinə yetirilsə, nə olacağını yoxlamaq qərarına gəlib.

Beləliklə, 130 şagirdi olan Bruderheim məktəbi tənəffüs sayını iki dəfə artırıb.

“Uşaqlar hər ehtiyacları olanda sinifdən çıxıb fasilə etmirlər, buna icazələri yoxdur. Özümüzə bu icazəni veririk, lakin uşaqların buna ehtiyacları olduğunu unuduruq”, - deyə məktəbin müəllimi Ariane Taylor deyir.

Tənəffüs müddətinin iki dəfə artırılması necə nəticələnib?

Şagirdlərin diqqətlərini cəmlənməsində və dərsə davamiyyətdə xeyli irəliləyiş olub.

Tənəffüslərdə müəllimlər şagirdlərin həm açıq, həm də qapalı yerdə oynamalarına icazə verib. Beləcə uşaqlarda özünüidarə qabiliyyəti inkişaf edib.

Qeyd edək ki, Bruderheim məktəbi bu üsuldan istifadə edən tək məktəbdir.

Rəna NƏBİ