İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası prosesi davam edir.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, hazırda bu ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Burada oxuyan 2177 şagirdin tədrisi ilə 249 müəllim məşğul olur.