Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 09:15:00
İntihar edən müəllim  AzEdu.az üçün  layihə hazırlayıbmış: "Qismət olmadı"

Əslən, Kəlbəcərdən olan 27 yaşlı gənc müəllim Şaiq Sadıqzadə noyabrın 24-də yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.

AzEdu.az  xəbər verir ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Ş.Sadıqzadə Goranboy rayon Mürşəli kəndində yerləşən Kəlbəcər 100 saylı orta məktəbdə Coğrafiya müəllimi işləyib.

İntihar edən müəllimin adının çəkilməsini istəməyən dostu AzEdu.az-a açıqlamasında bildirib ki, onlar ortaq layihə hazırlayıb, portala vermək barədə düşünürdülər:

“2 gənc müəllim olaraq təhsilə xidmət etmək istəyirdik. Layihə şagirdlərin dərsə marağını artırmaq üçün metodlardan ibarət idi. Çox yaxşı alınacaqdı. Amma qismət belə imiş...”

Qeyd edək ki, Şaiq Sadıqzadə tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi. Mərhum həm də şair kimi tanınıb, müxtəlif şeirlərin  müəllifi olub.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları