Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 15:04:48
Psixoloq döyülən direktor haqqında: “İşə qayıtdıqda sıxılıb, kompleks yaşayacaq”  

“Direktor  yaxşılaşdıqdan  sonra işə çıxdıqda,  onda  sıxılma kimi hallar özünü göstərəcək və  kompleks yaşayacaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı psixoloq Roza Kazımlı deyib. Onun sözlərinə görə, bir neçə gün öncə məhkəmə önündə yaşanan insident zamanı aktyor Rza Rzayev tərəfindən döyülən direktor  Tural  Mirzəliyev  işə  çıxdıqda, şagirdlərin onun döyülməsi ilə bağlı  fikirləri yanlış ola bilər:

“Direktorun  döyülməsi müxtəlif səbəblərdən  ola bilər. Amma  şagirdlərin bu səbəblərdən xəbəri ya ola, ya  olmaz. Şagird gözü ilə baxsaq, onların  direktor haqqında fikirləri fərqlənəcək.

Şagirdlər hər zaman öz gözlərində direktoru daha güclü görür. Bu kimi hadisəyə nəinki şagirdlərin, eləcə də müəllimlərin də yanaşması  direktora fərqli olacaq. Müəllimini istəyən-istəməyən şagirdlər çoxdur. Ona görə də valideyn övladına müəllimi haqda düzgün fikir təlqin etməlidir.

Həyatda heç kim heç nədən sığortalanmayıb. Hər zaman hər kəsin başına   nələrsə gələ bilər. Müəllim də   hər hansı problemlə qarşılaşa bilər. Ona görə düşünmürəm ki, şagird özü-özündən qərar  versin. Çünki şagirdin qərarı hər zaman valideyn təfəkkürünün təsirindən qaynaqlanır. Bu kimi hallarda valideynin məsələyə  düzgün yanaşması mütləq olmalıdır”

Psixoloqun sözlərinə görə,  şagird müəllimin həyatını, yaşayış tərzini çox zaman təkrarlayır:                            

“Müəllim və direktor həyat tərzini o cür seçməlidir ki, şagirdə mənfi, neqativ təsirlər etməsin. Çünki şagirdlər müəllimin həyatını, yaşam tərzini çox  zaman  təkrarlayır. Bir sinifdə əgər 30 şagird varsa onların 15-i müəllimləri kimi olur.

Şagirdlərə bəzən diqqət etdikdə görərik ki, onlar paltar seçimində, danışıqda, güləndə müəllimlərinin yolu ilə gedirlər. Bizdə müəllim, direktor daha çox şagirdlərlə sərt  davranırlar. Bu cür hallar olduqda düşünürəm ki, şagirdlərə  daha çox xof gələr. Biz özümüz də orta məktəbdə  oxumuşuq və  bilirik ki, şagirdlərin  fikirləri, yanaşması nə cürdür. Ona görə də müəllim öz şagirdi ilə dost, mehriban, səmimi olmalıdır. Müəllim və direktor bu cür hallarla qarşılaşsa belə, şagirdə  kənardan deyilmiş yanlış məlumatlara onlar inanmaya bilər. Çünki müəllimi, direktoru ilə şagirdin yaşadığı müsbət xatirələri var. 

Direktor  yaxşılaşdıqdan  sonra işə çıxdıqda  onda  sıxılma kimi hallar özünü göstərə bilər. Vəzifəsindən asılı olmayaraq bu kimi hal hər kəsə pis təsiri olur.

Qeyd edək ki, ötən həftə məhkəmə önündə yaşanan insident zamanı 175 saylı məktəbin direktoru Tural Mirzəliyev aktyor Rza Rzayev tərəfindən xəsarətlər almışdı. Bir neçə gün xəstəxanada müalicə alan müəllimin səhhəti hazırda yaxşıdır və o, tezliklə işinə geri dönəcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları