Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-25 15:22:28
Azərbaycanda gənc müəllim intihar etdi – FOTO

Gənc şair, ixtiraçı, müəllim Şaiq Sadıqzadə intihar edib.

Bu barədə AzEdu.az-a gənc ixtiraçının yaxınları məlumat verib.

Bildirib ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib. 

İxtiraçının yaxınlarının verdiyi məlumata görə, gənc müəllimin hansı səbəbdən intihar etməsi ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparılır.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub.