Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 13:07:58
Ədəbi dil normaları daha çox radio verlişlərində pozulur - Şöbə müdiri

"Azərbaycan radiolarında ən çox avtomobillərlə bağlı verilişlərdə dil normaları pozulur".

AzEdu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

S.Əliyeva xatıladıb ki, şöbə radioların Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinqə başlayıb.

Onun sözlərinə görə, radioda olan avto verilişlərdə leksik və fonotik norma pozuntularına çox rast gəlinir: "Avto verilişlərdə həm aparıcıların, həm də qonaqların, yəni ustaların avtomobillə bağlı istifadə etdiyi sahə sözlərinin, terminlərin hamısı rus dilində olur. Amma o sözlərin çoxunun Azərbaycan dilində qarşılığı var. Təbiidir ki, o sözləri hamı o formada, yəni rus dilində olan formasında qəbul edib. Həmin sözləri yalnız Azərbaycan dilində desək çox adam anlamayacaq, bu səbəbdən də insanlar öyrəşənədək hər iki formanı istifadə etmək lazımdır. Məsələn, "sveça" - şamlar, "motor" - mühərrik, "remen" - kəmər".

Şöbə müdiri qeyd edib ki, dekabr ayının ortalarında Dilçilik İnstitutu Bilik Fondu ilə birgə konfrans keçirəcək: "Həmin konfransa radioların aparıcılarını da dəvət edəcəyik və monitorinqimizin nəticələrini açıqlayacağıq".