Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 10:17:06
İşsizlik problemi: Gənclərdən hansı bacarıqlar tələb olunur?

Müasir dünyada ən ciddi problemlərdən biri də işsizlikdir. Müşahidələr onu göstərir ki, daha çox gənclər, eyni zamanda ali təhsilini yeni bitirmiş şəxslər iş tapmaqda daha çox çətinlik çəkirlər.

 

Ümumiyyətlə tələbələr müasir dövrün tələblərinə uyğundursa, işsizliyə səbəb nədir? Ali məktəblərə plan yerləri əmək bazarının tələblərinə uyğun ayrılırsa niyə məzunlara təyinat verilmir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlam verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Sovet dövründə iqtisadiyyat planlı iqtisadiyyat idi:

 

“Ona görə də hər bir təhsilalan müvafiq təyinatla müəyyən edilmiş işlə təmin olunurdu. Lakin hazırda bazar iqtisadiyyatı olduğu üçün bu gün peşə və ali təhsil müəssisələrinin vəzifəsi əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlamaqdır. Bu kadr hazırlığı da əmək bazarının tələblərinə uyğun olduğu üçün kadrlar sadəcə təhsil müəssisələrində hazırlanmalıdır və hər bir fəaliyyət sahəsində də müsabiqələr əsasında işə qəbul prosesi həyata keçirilir.

 

Təhsil haqqında qanunun 5-ci maddəsində deyilir ki, dövlət, dövlət sifarişi ilə təhsil alan şəxslərin işlə təmin edir. Lakin bizdə yalnız xüsusi təyinatlı təhsil müəssislərini bitirənlər dövlət tərəfindən işlə təmin olunur. Qalan bütün hallarda hər bir ali,orta və peşə təhsil müəssisələrinin məzunları əmək bazarında keçirilən işə qəbul müsabiqələri əsasında uğur qazanırlarsa, işə gedirlər.

 

Nəticə etibarı ilə ali, orta və peşə təhsil müəssisələrinin vəzifəsi daha yaxşı bacarıqlı, bilikli, müasir təfəkkürlü, yeniliklərə açıq olan, rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır. Eyni zamanda həmin kadrlarda təhsil aldıqları peşə üzrə daha dərin bilik və bacarıqlara yiyələnməklə əmək bazarında iş tapa bilirlər. İş tapmaq üçün də bugünkü tələblərdən biri də xarici dil, İT bilikləridir”, - deyə ekspert qeyd edib.