Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 17:35:00
Şagirdlərin “ev tapşırığı” dərdi : “Dərs yükü onların inkişafına mane olur”

Orta məktəbdə xüsusən IV-V siniflərə həddindən artıq tapşırıq verilir. Şagirdlərin bu qədər ev tapşırığı ilə yüklənməsi onların fərdi məşğuliyyətlərini həyata keçirməsinə çətinlik törədir. Məktəblərdə 5-6 saat dərsdən sonra evə gedib ancaq tapşırıqlarla məşğul olmaq uşaqların ailəsinə və özünə vaxt ayırmasına da mane olur.

 

Mövzu ilə bağlı fikrilərini bildirın təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, şagirdlərin bu qədər yüklənməsi biraz da valideynlər və müəllimlərin bir-biri ilə bəhsə girməsi nəticəsində meydana gəlir:

 

“Şagirdlər evdə ailəsi ilə vaxt keçirməli, özlərinə, hobbilərinə vaxt ayrımalıdırlar. Bu baxımdan onların həddindən artıq dərs və tapşırıqlarla yüklənməsi yolverilməzdir. Tapşırıqların çox olması uşaqların sosiallaşması, emosional bağ qurmasına mane olur. Hər fəndən həftədə 1 dəfə ev tapşırığı verilməlidir. Bu bir şərt olmalıdır. Həftənin hər günü ev tapşırıqlarının verilməsi yükdür. Bunun qarşısını əvvəlcə valideynlər almalı, müəllimlər isə bu məsələdə daha şüurlu olmalıdır”.