Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 16:56:05
Sertifikasiyada maraqlı AN: ”Müəllimimizə dəstək üçün gəlmişik”

Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikasiya imtahanları keçirilir. İmtahan prosesi ölkənin bir çox ərazisində təşkil olunub.

 

AzEdu.az-ın əməkdaşları Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən I növbə sertifikasiya imtahanlarını müşahidə ediblər. Müəllimlərin təssüratlarını öyrənməklə yanaşı, onların ailə üzvləri və şagirdləri ilə həmsöhbət olublar.

 

9 yaşlı Aynur danışır: “Anamı gözləyirəm. Bura ailəmizlə birlikdə gəlmişik. Anam çox çalışıb. Hamımız ondan yaxşı nəticə gözləyirik”.

 

Qaradağ rayonu, 228 nömrəli məktəbin şagirdləri Zeynəb Paşazadə və Gülnaz Məmmədova müəllimlərini dəstəkləməyə gəliblər:

"Müəllimimiz dəstəkləmək üçün gəlmişik. Onun xəbəri yoxdur. Sürpriz edəcəyik. Yüksək nəticə gözləyirik”.