Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 08:40:00
Məktəbli qızlar yenidən zəhərlənir

2022-ci ilin noyabr ayından bəri İranın müxtılif şəhərlərində 5 mindən çox qız  tələbə ürəkbulanma, huşunu itirmə, baş ağrısı, öskürək, tənəffüs çətinliyi və ürək döyüntüsü kimi simptomlardan əziyyət çəkdikləri üçün xəstəxanaları aparılmış və müəyyən müddət müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Qızların məqsədyönlü şəkildə zəhərlənməsi bu ölkədəki müxtəlif qurumlar tərəfindən təsdiq edilmiş, hətta bu işdə əli olan 100-ə yaxın adamın tutularaq istintaq orqanlarına təhvil verildiyi barədə rəsmi xəbərlər yayılmışdı.

AzEdu.az xəbər verir ki, artıq təhlükənin sovuşduğu və qızların təhsillərini davam etdirəcəkləri barədə ümidlər yaranarkən yeni zəhərlənmə hadisəsisnin baş verdiyi barədə məlumat yayılır. Məlumtada deyilir ki, Təbriz şəhərinin şimal-qərbindəki məktəblərin birində yenə də qızlar zəhərlənmə dioqnozu ilə xəstəxanalara aparılıb. Bu hadisənin davam edəcəyi gözlənilir. Yəni  zəhərlənmə “kampaniyası” aparılan qız məktəblərinin sayının  yaxın günlərdə daha da artacağı artıq şübhə doğurmur. Belə olan halda valideynlər öz qızlarını məktəbə göndərməkdən qorxur və evdə saxlamağa məcbur olurlar.

Beləliklə, İranda zəhərlənmə “epidemiyası” ilə bağlı qız məktəblərinin kütləvi surətdə bağlanacağı gözlənilir. Qızlar məktəbə getməyəcək və kütləvi etiraz aksiyalarına qoşularaq baş örtüklərini yandırmayacaqlar. Mitinqlərin qarşısının alınması üçün ən asan və təsirli yol.

İran hökumətinin istəyi elə bu deyilmi?