Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 09:26:00
Tələbələrin sayı 1 milyonu ötüb

2022-2023-cü tədris ilinin əvvəlində Özbəkistan Respublikasının ali məktəblərində təhsil alan tələbələrin sayı 1 milyon nəfərdən çox olub. Bu barədə Özbəkistanın Statistika Agentliyi məlumat yayıb. Bunula yanaşı, Rusiya ali məktəblərinin respublikadakı filiallarına özbəklər arasında xüsusi tələbat var.


AzEdu.az xəbər verir ki, 1 milyon artıq tələbədən  təxminən eyni nisbət qızların və oğlanların payına düşür - müvafiq olaraq 544 və 495 min nəfər.

Əhali arasında  xaricdə təhsil almağı seçən tələbələrin sayı ildən-ilə artır. 2021-ci il yanvarın 1-nə belə tələbələrin sayı təxminən 86 min nəfər təşkil edib.

Eyni zamanda, 53 min Özbəkistan vətəndaşı Rusiya universitetlərində, o cümlədən onların xarici filiallarında təhsil alır.

Rusiya universitetlərinin filialları özbəklər arasında ciddi nüfuza malikdir. Son iki ildə ölkədə onların sayı dörddən 14-ə yüksəlib.

Artıq respublikada filiallarını açmış ali məktəblər arasında Lomonosov adına Moskva Dövlət Universitetinin, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin, Mendeleyev adına Rusiya Kimya Texniki Universitetinin, Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin adını çəkmək olar.