Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 09:10:00
Rusiya universitetləri bu ölkədəki filiallarının sayını artırır

Rusiya Elm və Təhsil Nazirliyi aparıcı universitetlərin Özbəkistan, Qazaxıstan, Misir, Səudiyyə Ərəbistanı, Myanma və Kubada yeni filiallarının açılmasını planlaşdırıldığını  bildirib.

AzEdu.az xəbər verir ki, bu sahədə Özbəkistanda da yeni layihələrin icrasına başlanır.

Xatırladaq ki, Rusiya universitetlərində və onların filiallarında 53 min özbək təhsil alır. Artıq respublikada Lomonosov adına Moskva Dövlət Universitetinin, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin, Mendeleyev adına Rusiya Kimya Texniki Universitetinin, Gertsen Dövlət Pedaqoji Universitetinin və başqalarının bölmələri fəaliyyət göstərir. Bu siyahının daha da genişləndirilməsi nəzərdə tutulub. Çünki Özbəkistanda bu sahədə ciddi tələbat var və Rusiya universitetləri əhali arasında getdikcə məşhurlaşır. Amma bu da öz növbəsində milli universitetlərdə təhsil almaq istəyənlərin sayının azalması və rus dilinin dövlət dili səviyyəsinə qaldırılması ilə nəticələnə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da Rusiya universitetlərinin filialları fəaliyyət göstərir. Lakin onların sayı elə də yüksək deyil.