Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 10:39:00
Dini təhsil yeni inkişaf mərhələsinə qalxır

Özbəkistanda əhalinin dini təhsili həmişə dövlətin diqqəti mərkəzindədir. Çünki bu ölkədə də fanatik dini cərəyanların əhali arasında yayılması tendensiyası müşahidə olunur. Əfqanıstandan gələn emissarlar əhali arasında dini mövhumatın gücləndirməsinə çalışırlar.

AzEdu.az xəbər verir ki, dini təhsilin daha da inkişaf etdirilməsi məsələsi Özbəkistan Prezidentinin Nəqşbənddəki Bahouddin məqbərəsini ziyarət edərkən yerli din xadimləri ilə müzakirə edilib.

"Son illər bütün sahələrdə olduğu kimi, dini sahədə də şəffaflıq və demokratik  mühiti yaranıb, bir neçə elmi mərkəz təşkil edilib. Bəs bunun xalqımıza nə faydası var? Xalqımızın faydalanması üçün cəmiyyətin bu potensialdan xəbərdar olması lazımdır”, - deyə prezident bildirib.

Şavkat Mirziyoyev bildirib ki, cəhalətə qarşı mübarizə aparmağın yolu maarifçilikdən keçir və bu sahədə Buxari kimi alimlərin əsərləri böyük fayda verər.

Azərbaycanın da dini təhsil sahəsində ciddi işlər gördüyünü nəzərə aldıqda bu məsələnin MDB ölkələrinin ümumi problemi olduğunu düşünmək mümkündür. Türk Dövlətləri təşkilatına daxil olan müsəlman ölkələri bu istiqamətdə öz səylərini birləşdirsələr, daha faydalı olar.