Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 10:03:00
Qadınların magistr təhsilinin xərcini dövlət ödəyəcək

Özbəkistanda qadınların bakalavr pilləsindən sonra təhsillərini magistraturada davam etdirməkdə həvəssiz olduqları hökuməti ciddi narahat edir.

AzEdu.az xəbər verir ki, aparılan təhqiqatlar  zamanı müəyyən olunub ki, qadınların təhsillərini davam etdirməməsinin əsas səbəbləri içərisində təhsil haqqının ödəmək imkanının olmaması da yer tutur. Buna görə dövlət bu maneəni aradan qaldırmaq və qadınları təhsilin daha yüksək pillələrinə təşviq etmək üçün magistraturada təhsil haqqını öz üzərinə götürüb.

Özbəkistan Ali Təhsil Nazirliyindən verilən xəbərə görə, bundan sonra dövlət ali məktəblərin magistraturasına qəbul olunan qızların təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bunun üçün magistrant zəruri sənədləri hazırlayıb təhsil aldığı universitet rəhbərliyinə müraciət etməli və təqdim olunan imkandan yararlanmalıdır.