Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 12:21:00
İranda 200 mindən artıq uşaq təhsil almır

İranda 200 mindən artıq uçaq təhsil almır. AzEdu.az xəbər verir ki, bu barədə Azade İran Telegram kanalı Təhsil Nazirliyinin Məktəbəqədər və İbtidai Məktəb Təhsili İdarəsinin rəisi Məhəmməd Məhəmmədiyə istinadən məlumat yayıb .

Bunlar 6-18 yaş aralarında əsasən kənd yerlərində yaşayan  uşaqlardır və onların məktəbə getməməsinin səbəbi iqtisadi vəziyyətin ağırlığı, təhsil sisteminin tələb olunandan bir neçə  dəfə az maliyyələşdirilməsidi. Ölkədə yaşayan etnik qruplardan gələn xəbərlərə görə, İran dövləti onların övladlarının təhsili ilə maraqlanmır və savadsız böyüməsinə çalışır.

İqtisadi vəziyyət İranda təhsil sahəsində çalışanların, xüsusilə müəllimlərin məvaciblərinin gecikdirilməsi ilə də müşayiət olunur. Bu səbəbdən təhsil naziri Yusif Nuri bir neçə gün bundan əvvəl istefa verməyə məcbur olmuşdu.