Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 11:57:00
Moskvadakı Amerika məktəbi bağlan

Lisenziyanın olmaması səbəbindən məhkəmə Moskvadakı Amerika Məktəbinin işini 90 gün müddətinə dayandırıb.

Azedu.az xəbər verir ki, 28 fevral Moskvada prokurorluq məktəbdə yoxlama aparıb. Onun nəticələrinə əsasən tərtib edilmiş protokolda qeyd edilir ki, məktəbdə Beynəlxalq Bakalavr təhsil proqramları və Ümumi təhsil standartları əsasında əlavə ümumi təhsil proqramları hazırlanmayıb. Bundan başqa, 15 müəllim (əsasən əcnəbilər) xaricdə əldə etdikləri ixtisas sənədlərini Rusiyada təsdiq etdirməyiblər. Bəzi müəllimlərin isə peşə təhsili və müvafiq ixtisas üzrə sənədləri ümumiyyətlə yoxdur.

Moskva Amerika Məktəbi 1949-cu ildən fəaliyyət göstərir. Orada 1200-ə yaxın uşaq, o cümlədən, Amerika, Kanada və Britaniya diplomatlarının uşaqları təhsil alırdı.