Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 14:15:00
Uşaqların aksiyalara cəlb edilməsinə qarşı  tədbirlər görülür

Rusiya təhsil naziri Sergey Kravtsov bildirib ki, uşaqları razılaşdırılmamış aksiyalarda iştirakına yol verməmək üçün hər ay valideyn-müəllim görüşləri keçirilir.

AzEdu.az xəbər verir ki, nazirin sözlərinə görə, uşaqların aksiyalara buraxılmaması mürəkkəb və çətin işdir, onun vahid həlli yoxdur:

"Məktəb direktorları və valideynlərlə işləmək lazımdır. Bu, ilk növbədə, uşaqları icazəsiz mitinq və aksiyalarda iştirakdan qorumaq üçün lazımdır".

Nazirin fikrincə, sosial şəbəkələrdə də bu sahədə aktiv iş aparılmalıdır, çünki “təhlükənin haradan gəldiyi aydındır”.

Nazir eyni zamanda, hesab edir ki, məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təyin olunmasını müsbət hal kimi qiymətləndirmək lazımdır.