Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 10:17:00
Başını bağla, yoxsa tələbə deyilsən...

Məhsa Əmininin 2022-ci ilin sentyabrında istintaq altında aldığı zədələr nəticəsində ölümündən sonra İranda baş örtüyü olmadan küçəyə çıxmaq kimi vətəndaş itaətsizliyi aktları artıb.

AzEdu.az xəbər verir ki, İranın Təhsil və Elm Nazirliyi xəbərdarlıq edərək bildirib ki, İslam Respublikasının geyim qaydalarına əməl etməyən tələbələrə bundan sonra təhsil xidmətləri göstərilməyəcək.

Novruz bayramı tətillərindən - İranın Yeni ilindən sonra təhsil müəssisələri yenidən şagird və tələbələrin üzünə açılıb. Bununla əlaqədar  Təhsil və Elm Nazirliyi aprelin 3-də bildirib ki, məcburi hicaba əməl etməyən qadın və qızlar məktəblərə, banklara, düşərgələrə, məsləhət mərkəzlərinə və ya hər hansı digər ictimai təhsil və tədris yerlərinə buraxılmayacaqlar.

Nazirliyin bəyanatında qeyd edilir ki, bu addım  "İslam mədəniyyəti və etiqadı kontekstində tələbələr arasında müsbət və konstruktiv istiqamət  yaratmaq..., tələbələr arasında namus və hicab mədəniyyəti haqqında düzgün və müsbət münasibət və gözəl düşüncənin formalaşdırılmasına" uyğundur.

Elm, Tədqiqat və Texnologiya Nazirliyi də başqa bəyanat yayaraq, onun tabeliyində olan bütün ali təhsil mərkəzlərinin qaydalara əməl etməyən hər bir tələbəsinə təhsil, sosial təminat və s. xidmətlər göstərməsinin qadağan edildiyini bildirib.

Nazirlik bildirib ki, universitet mühitində “namusunu qorumaq” tələbələrin borcudur.

İrandakı hakimiyyət orqanları son hadisələr fonunda  ən yüksək tribunalardan  dəfələrlə qadın və qızları İslam Respublikasının geyim qaydalarına hörmətlə yanaşmağa çağırıb və onu pozanları cəzalandırmaqla hədələyib. İdarə və müəssisələrin qadınların  hicab qaydalarına əməl etməməsi səbəbindən bir çoxları bağlanıb.

Qadınların əsas iştirakçıları olduğu etiraz hərəkatına cavab olaraq, hakimiyyət orqanları onlara qarşı amansız repressiyayara başlayıb, 520-dən çox insanı qətlə yetirib, 20000-dən çox adamıqanunsuz həbs edib və nümayişçilərə ölüm hökmü də daxil olmaqla, sərt qərarlar verib.

Qadınların nümayişlərdə iştirakının qarşısını almaq üçün məktəblilərin kütləvi şəkildə zəhərlənməsi həyata keçirilib. Bunun nəticəsində 100-dən artıq məktəbdə 5 mindən artıq qıza şagird zəhərləndiklərinə görə xəstəxanalara müraciət etmişdi.