Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 16:38:00
Serbiyada təqaüd proqramına qeydiyyat başa çatır  

Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramına qeydiyyat başa çatır.

 

AzEdu.az xəbər verir ki, Serbiya hökumətinin “Serbiyada Dünya” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Unievrsitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.

 

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları üçün son tarix bu gün idi. Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə aparılıb. 

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.