Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-01 00:01:00
Daha bir neçə azərbaycanlı tələbə Kiyevdən çıxarılıb-Komitə AÇIQLADI

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb.

 

AzEdu.az xəbər verir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı məlumat verib.

 

Məlumata görə,Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə gedib və orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

 

Komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

 

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.


Komitədən verilən məlumata əsasən,bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.


Son olaraq,-"Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirilir"-deyə qeyd edilib.