Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-27 14:21:00
Macarıstanda magistratura təhsili almaq üçün təqaüd proqramına sənəd qəbulu yekunlaşır  

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə elan etdiyi təqaüd proqramına sənəd qəbulu yekunlaşır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2022-2023-cü tədris ilini əhatə edən təqaüd proqramına son müraciət tarixi fevralın 28-dir. Təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistratura pilləsini özündə ehtiva edir. Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.